Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qarabağ" üçün sloveniyalı hakim

"Qarabağ" üçün sloveniyalı hakim

Date: 8 December 2015 03:06

UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ" - "Anderleхt" (Belçika) son turun oyununu sloveniyalı ədalət təmsilçilərinə tapşırıb.

ANS PRESS-in məlumatına görə, görüşü hakim Slavko Vinçiç idarə edəcək. Ona Vinçiçə Boyan Ul və Tomas Klançnik yardımçı olacaq. Dördüncü hakim funksiyasını Andraz Kovaçiç yerinə yetirəcək. Roberto Ponis və Draqoslav Periç isə oyuna əlavə köməkçi hakim kimi təyinat alıb.

Slavko Vinçiç bizə kifayət qədər tanış hakimdir. Belə ki, o, klublarımızın və yığmalarımızın oyunlarına təyinat alıb. Sloveniyalı referi klublarımızdan "Xəzər Lənkəran"ın oyununda fit çalıb. Belə ki, 2013/14 mövsümündə Avropa Liqasında baş tutan "Makkabi" (Hayfa) - "Xəzər Lənkəran" matçının baş hakimi olub. İsrail klubunun 2:0 hesablı qələbəsini qeydə alan referi Elnur Allahverdiyevə sarı vərəqə göstərib.


Slavko Vinçiç

Slavko Vinçiç A millimizin İsraillə ev oyununa təyinat alıb. Belə ki, o, "DÇ-2014" seçmə mərhələsinin 2012-ci ilin 7 sentyabrında baş tutan matçında 4-cü hakim olub. Matçı həmyerlisi Matey Yuq idarə edib (1:1).

Referi 19 yaşadək futbolçulardan ibarət yığmamızın da oyunlarını idarə edib. Belə ki, o, 2013-cü ildə İsveçdə keçirilən Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb. Həmin turnirdə Slavko Vinçiç millimizin iki oyununu idarə edib. O, Bosniya və Herseqovina ilə qarşılaşmada (0:0) komandamızdan Namiq Ələsgərova sarı vərəqə göstərib.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Anderlext" - Qarabağ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.

Tags:  Qarabağ sloveniyalı hakim


RƏYLƏR


Top news