Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neftçilərimiz Rusiyada anıldı (FOTO)

Neftçilərimiz Rusiyada anıldı (FOTO)

Date: 8 December 2015 03:41

Dənizdə həlak olmuş neftçilərin xatirəsi yalnız ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən anılır.

ANS PRESS-in məlumatına görə, baş vermiş faciə Rusiyada yaşayan həmvətənlərimizi də yasa boğub. Dünən Moskvada yüzlərlə insan Azərbaycanın Rusiyadakı səfirliyin binasına gələrək itkin neftçilərimizi gərənfillərlə anıblar.

Əksəriyyəti Moskvada təhsil alan Azərbaycanlı tələbələrdən ibarət olan mərasim iştirakçıları səfirlik binası garşısına gərənfillər goyarağ itkin düşmüş neftçilərimizin xatirəsini gözyaşları və dualarla anıblar. Səfirliyin binası qarşısında şamlar yandırılıb. Aksiyada iştirak edənlər arasında digər millətlərin nümayəndələri də olub. Rusiyadakı Azərbaycan təşkilatları da matəm elan edib. Dünən Moskvada Azərbaycanın tanınmış müğənnisi Könül Kərimovanın iştirakı ilə böyük konsert və əyləncə proqramı nəzərdə tutulurdu. Ancaq Azərbaycanda baş verən faciə ilə əlaqədar olaraq, təşkilatçılar konserti və bütün proqramı ay sonuna qədər təxirə salıblar.






















Bu gün həmçinin Bakıda - bulvarda "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərin xatirəsi anılıb.

"Dənizə bir qərənfil ataq" adlı aksiya sosial şəbəkələr vasitəsilə yayılıb. Gənclər, yaşlılar, uşaqlar itkin düşən 29 nəfərin xatirəsini anmaq üçün bu gün saat 12:00-da Bakı Bulvarı, Saat Qülləsinin yanında toplanıblar. Aksiyaya qatılanlara göz yaşları içərisində neftçiləri anıb, onlara dualar ediblər. Aksiyaya çox sayda insan qoşulub. Onlar həm dənizə qərənfillər atıblar, həm də sahilə güllər düzüblər.















Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub. Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 64 nəfər olub. Onlardan 2-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.

Tags:  Neftçilərimiz Rusiyada anıldı FOTO


RƏYLƏR


Top news