Ağstafada əkin sahələri artırılır

04:08 8 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Ağstafa, 8 dekabr, AZƏRTAC
Kənd təsərrüfatı məhsullarının istehsalına dövlət dəstəyi ağstafalı fermerlərin də bu sahəyə marağını artırıb. Artıq bir neçə müddətdir ki, rayonda taxıl əkininə start verilib.
Rayon statistika idarəsindən AZƏRTAC -a bildiriblər ki, taxılçılıqla məşğul olan sahibkarlar indiyədək 11 min 275 hektar sahədə şum çıxarıblar. Artıq şumlanmış sahələrin 8 min 417 hektarına buğda, 1335 hektarına isə arpa əkilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə şumlanmış sahələr 2 min 683 hektar, taxıl əkilən sahələr isə 3 min 115 hektar çoxdur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agstafada_ekin_saheleri_artirilir-909185

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR