Visainfo.cz jurnalında Azərbaycanın Çexiyadakı səfirinin müsahibəsi dərc olunub

Visainfo.cz jurnalında Azərbaycanın Çexiyadakı səfirinin müsahibəsi dərc olunub
05:53 8 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Praqa, 8 dekabr, AZƏRTAC
Praqada çıxan aylıq Visainfo.cz jurnalının dekabr buraxılışında Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin rus və çex dillərində müsahibəsi dərc edilib.
Azərbaycanın Çexiyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, müsahibədə 2015-ci ilin yekunlarından söhbət açılıb. Eyni zamanda, Çexiya-Azərbaycan münasibətləri, milli mətbəximiz, turistlər üçün maraq doğuracaq bölgələr, o cümlədən tarixi və mədəni abidələrimiz, həmçinin ölkəmizdə keçirilən bayramlar haqqında bəhs edilib.
Səfir F.Şəfiyev Çexiya-Azərbaycan münasibətlərinin inkişafında il ərzində əhəmiyyətli irəliləyişlərin baş verdiyini, sentyabr ayında Çexiya Prezidenti Miloş Zemanın ölkəmizə səfər etdiyini, iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumun keçirildiyini oxucuların diqqətinə çatdırıb.
Səfir, həmçinin iki ölkə arasında mədəni və humanitar sahədə inkişaf etməkdə olan əlaqələrə toxunub, Çexiyanın ən tanınmış ali təhsil müəssisəsində - Karl Universitetində tələbələr üçün “Azərbaycanda multikulturalizm” kurslarının keçirildiyini vurğulayıb. Səfir onu da qeyd edib ki, Çexiyanın digər universitetlərində də azərbaycanşünaslıq kursları və “Azərbaycan haqqında nə bilirəm?” mövzusunda inşa müsabiqəsi təşkil olunub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Visainfocz_jurnalinda_Azerbaycanin_CHexiyadaki_sefirinin_musahibesi_derc_olunub-909186

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR