Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın Xalq Artisti Minskdə milad opera forumunda iştirak edəcək

Azərbaycanın Xalq Artisti Minskdə milad opera forumunda iştirak edəcək

Date: 8 December 2015 06:28


Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Xalq Artisti Samir Cəfərov dekabrın 16-dan 20-dək Belarusun paytaxtı Minskdə qastrol səfərində olacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, S.Cəfərov Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dəvəti ilə VI beynəlxalq milad opera forumunda iştirak edəcək.
Son illərdə milad opera forumu Belarus Respublikasının mədəni həyatında əsas tədbirlərdən biri kimi dünya musiqi ictimaiyyətinin böyük marağına səbəb olub. Forum çərçivəsində təşkil edilən tamaşa və konsertlərə bir sıra ölkələrdən məşhur opera truppaları, vokalçılar dəvət olunur, premyeralar və qala-konsertlər keçirilir.
Azərbaycan sənətçiləri bundan əvvəl də milad opera forumuna dəvət alıblar. Belə ki, Xalq Artisti Əli Əsgərov 2013-cü ildə, Əməkdar Artist Afaq Abbasova isə ötən il bu möhtəşəm tədbirdə çıxış edib.
 

Tags:  Azərbaycanın Xalq Artisti Minskdə milad opera forumunda iştirak edəcək


RƏYLƏR


Top news