Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mərmər keks

Mərmər keks

Date: 8 December 2015 07:05

Milli.Az mərmər keksin  hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

xəmir: 

200  q kərə yağı
3 yumurta
100 ml süd
150 q şəkər tozu
10 q vanilli şəkər tozu
220 q əla növ un
1 dolu ç.q. qabartma tozu
2 dolu ç.q. kakao tozu
1 ovuc  keşyu

qlazur:

60 q şokolad 
50 q kərə yağı
1 x.q. qızılı rom (zövqə görə)

10x20 sm forma

Yumşaq kərə yağını vanilli və adi şəkərlə mikserlə ağarıncayadək çalın. 

Yumurtaları bir-bir əlavə edin, hər dəfə də möhkəm çalın. 

Qabartma tozu ilə qarışdırılmış unu qatın, otaq temperaturunda olan südü əlavə edərək eynyicinsli kütlə alınanadək qarışdırın. 

Xəmiri iki bərabər yerə bölün. Birinə kakao tozu qatıb qarışdırın. Digərinə isə keşyu qatın. 

Formanı kərə yağı ilə yağlayıb azca un səpin. Keksi çıxarmaq asan olsun deyə formanın kənarlarına perqament qoya bilərsiniz (kənarları formadan çıxmaq şərtilə). 

Formanın içinə xəmirləri növbə ilə tökün, çəngəl salıb yüngülcə irəli-geri hərəkət etdirin. Formanı bir neçə dəfə yavaşca masaya çırpın ki, xəmir bərabər yayılsın. 

170 dərəcə qızdırılmış sobada təxminən 60-70 dəqiqə bişirin. Bişib-bişmədiyini çöplə yoxlayın. 
Tam soyudun. 

Qlazur: yağı şokoladla əridib keksin üzərinə çəkin. Soyuducuya qoyub bərkiməyini gözləyin. Qlazura rom da qata bilərsiniz, o, keksin ətrini artıracaq. Sevmirsinizsə, qatmayın. Həmçinin qlazur əvəzinə keksin üzərinə şəkər pudrası da səpə bilərsiniz. 

Nuş olsun!

Milli.Az 


Tags:  Mərmər keks

RƏYLƏR


Top news