Kamran "Qalatasaray"a rəqib oldu

Kamran "Qalatasaray"a rəqib oldu
07:26 8 Dekabr 2015
65 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Kubokunda qrup mərhələsinin püşkü atılıb.

ANS PRESS-in məlumatına görə, 32 komanda 8 qrupa bölünüb.

Millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" "E" qrupuna düşüb. İzmir təmsilçisi 1/8 finala vəsiqə uğrunda "Qalatasaray", "Akhisar Bələdiyyəspor" və "Kastamonuspor"la mübarizə aparacaq."Fənərbaxça" "H" qrupunda "Antalyaspor", "Girəsunspor" və "Tuzlaspor"la mübarizə aparacaq.


Kamran Ağayev

A qrupu: “Başakşəhər”, “Şanlıurfaspor”, “Bandırmaspor”, “Amed SF”
B qrupu: “Böyükçəkməcə”, “Bursaspor”, “Əskişəhərspor”, “Boluspor”
C qrupu: “1461 Trabzon”, “Sivas Bələdiyyəspor”, “Beşiktaş”, “Karabükspor”
D qrupu: “Çaykur Rizəspor”, “Bucaspor”, “Aydınspor”, “Mersin İdmanyurdu”
E qrupu: “Qalatasaray”, “Akhisar Bələdiyyəspor”, “Karşıyaka”, “Kastamonuspor”
F qrupu: “Nazilli Bələdiyyəspor”, “Trabzonspor”, “Qaziantepspor”, “Adanaspor”
G qrupu: “İnegölspor”, “Etimesqut”, “Konyaspor”, “Kayserispor”
H qrupu: “Antalyaspor”, “Giresunspor”, “Tuzlaspor”, “Fənərbaxça”

Qrup mərhələsinin ilk oyunları 15, 16 və 17 dekabrda keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366705

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR