Əgər Şengen zəifləsə...

Əgər Şengen zəifləsə...
07:42 8 Dekabr 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Financial Times-ın yazdıqlarına əsəsən, "Əgər Şengen razılaşması Avropaya miqrasiya axınının artması və təhlükəsizliyin təhlükə altına düşməsi səbəbilə əhəmiyyətini itirsə, çox güman, sərhədlərin açılmasına dair həyata keçirilən ən böyük eksperimentin aqibəti əvvəldə də olduğu kimi uzun insan tıxacları ilə sonlanacaq".

Məqalədə qeyd edilir ki, "Təxminən üç onillik bundan öncə Fransa-Almaniya sərhədində yarananan növbələrə məhz uzaq məsafədən gələnlərin etirazlarını bildirməsi Paris və Berlini sərhədlərini birləşdirməyə təkan verdi".

Məqalənin müəllifləri Aleks Barker və Stefan Ueqstil ehtimal edirlər ki, "Bu gün Avstriyaya aparan A3 Alman magistral yolunda düzülən maşınlar polisin ayıq nəzarəti altında yavaş hərəkət etmək məcburiyyətindədirlər və bu mənzərə 26 ölkənin planlaşdırdığı layihələrin həyata keçə bilməyəcəyini göstərir".

Nəşriyyatın sözlərinə əsasən, Parisdə terror aktının törədilməsində iştirak edən ən azı üç cihadçının Avropaya geniş miqrant axını ilə gəlməsinin məlum olması təhlükəsizlik üzrə ekspertlərinin Şengen müqaviləsi tərəfindən yaranan zəif yerlərə dair ən çox ehtiyat etdikləri əndişələrini doğrultdu.

Erste Bankda miqrasiya üzrə ekspert Rayner Müns qeyd edir ki, Şengen müqaviləsi "dəmir pərdəsi" mövcud olduğu müddətdə nəzərdə tutulmuşdur. Kommunist rejimlər xarici sərhəd xidməti qismində çıxış edirdilər.

Məqalənin müəllifləri miqrant axınına dair görülən tədbirlərə nəzər yetirirlər və bu tədbirlər özlərini doğrultmadığı təqdirdə, yer ala biləcək dörd ssenarini oxuyucuların diqqətinə çatdırırlar.

Birincisi, Barker və Ueqstilin sözlərinə görə, Yunanıstanın Şengen zonadan çıxarılması ehtimal edilir. Onlar bildirirlər ki, "Yunanıstan Şengen zonasının zəif nöqtəsi olmaqla yanaşı miqrantları Avropanın digər şəhərlərinə ötürən əsas vasitəçidir və çox güman, AB-in işləməyə qabil olmayan ən zəif ölkəsidir".

Avropa Birliyinin yüksək rütbəli məmurları hesab edirlər ki, sözügedən təhlükə Yunanıstanı "ağlını başına toplaması" və Avropa Birliyinin Frontex sərhəd nəzarət xidmətinə dərhal yardım məqsədilə müraciət etməsi üçün yeganə üsuldur. Xatırladaq ki, Yunansıtan sonuncunu etməkdən daima imtina edir.

İkincisi, jurnalistlər sərhədlərin tədricən bərpa olunacağını mümkün hesab edir. Məqalədə qeyd olunur ki, "Şengen zonası boyunca maneələr düzülür. Şengen zonası daxilində, həmçinin Almaniya, İsveç, Avstriya və Fransa da AB-in icazəsi ilə sərt məhdudiyyətlər tətbiq etməkdədir. Avropa Birliyi iddia edir ki, bu tədbirlər ekstraordinar və müvəqqəti xarakter daşıyırlar. Lakin bütün paytaxtlar bilirlər ki, onları geriyə addım atmağa təşviq etmək çətin olacaq".

Üçüncüsü, Barker və Ueqstil "qaçqınların düşərgələrinin arxipelaqının" yaranacağını proqnozlaşdırırlar. Həmçinin müəlliflər qeyd edirlər ki, "Maneələr və əngəllərlə birgə miqrantların bir yerə toplanmasını da qaydaya salmaq zəruriyyəti yaranır. İnsanların yerlərində qalması üçün tikanlı məftil, məcburiyyət və çox güman, güc lazım olacaq , bu isə, öz növbəsində, Avropa dəyərlərinin təhrif olunması anlamına gələcək.

"Dəhşətli mənzərələr olacaq, lakin biz daha nə edə bilərik?" - deyə Şimali Avropadan yüksək rütbəli məmurlardan biri sual verdi.

Dördüncüsü, nəşriyyat Şengen zonasının "geriyə çəkiləcəyi" ehtimalını istisna etmir.

"Sərhəd kənarı nəzarətin bərpa edilməsi çox bahaya başa gələcək. Məmurlar müvafiq ştatda əməkdaşlara, avadanlıqlara və infrastrukturalara sahib deyillər. Əgər bu baş versə, Şengen razılaşması layihədən öncə nəzərdə tutulan Benilüks və Skandinaviyanın sərbəst hərəkət edilən zonaları kimi mini - zonalara geri qayıda bilər. Jurnalistlər qeyd edir ki, oxşar parçalanma birgə güvənin təhlükəli şəkildə sarsılmasına gətirib çıxara bilər.

Avropa komissiyasının prezidenti Jan Klod Yunkerin sözlərinə əsasən, "Əgər biz ruh yüksəkliyini itirsək, o zaman Şengendən də önəmli faktoru itirəcəyik. Şengen çöksə, vahid valyuta da olmayacaq".

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/388115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR