Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Aktyor Til Şvayger qaçqınların taleyi barədə film çəkəcək

​Aktyor Til Şvayger qaçqınların taleyi barədə film çəkəcək

Date: 8 December 2015 07:52

Bakı. 8 dekabr. REPORT.AZ/ Məşhur alman aktyoru Til Şvayger qaçqınların taleyi barədə film çəkmək niyyətindədir.
Bu barədə"Report" "RİA Novosti"yə istinadən xəbər verir.
"Biz qaçqınlar mövzusunu davam etdirmək niyyətindəyik", - Şvayger deyib.
Qeyd edək ki, bu ilin sentyabrında Til Şvayger Aşağı Saksoniyalı nazir Boris Pistorius ilə birgə Osnabryukda yerləşən qaçqın sığınacağını ziyarət edib. Ziyarətdən sonra T.Şvagyer bildirib ki, onun fondu Almaniyada qaçqınlar üçün sığınacaqların təminatı məsələsinə köməklik edəcək. "Til Şvayger Fondu" bu ilin yayında təsis edilib. Yığılmış vəsait qaçqın uşaqlarına kömək məqsədilə xərclənəcək.  

Tags:  Aktyor Til Şvayger qaçqınların taleyi barədə film çəkəcək


RƏYLƏR


Top news