Bakıda iki avtomobili toqquşub, xəsarət alan var

Bakıda iki avtomobili toqquşub, xəsarət alan var
07:57 8 Dekabr 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
 
Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində "Hyundai" və "Opel" markalı avtomobillər toqquşub.
 
İlkin məlumata görə, hadisəyə təcili xəstəxanaya çatdırılmalı olan xəstəni aparan "Hyundai" markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydasını pozması səbəb olub. Belə ki, o, Azadlıq prospekti ilə hərəkətdə olarkən işıqforun qırmızı işığına məhəl qoymayıb və "Hyundai" Cəfər Xəndan küçəsi ilə hərəkət edən "Opel"ə çırpılıb. Nəticədə "Opel"in sürücüsü Feruz Gülməmmədov xəsarət alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
 
Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. Qəzanın dəqiq səbəbi təyin edilmiş avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/388467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR