Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Moskvada "Günəşli" yatağında baş verən yanğın nəticəsində həlak olanların xatirəsi anılıb - FOTO

Moskvada "Günəşli" yatağında baş verən yanğın nəticəsində həlak olanların xatirəsi anılıb - FOTO

Date: 8 December 2015 08:12

Xəzər dənizində "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində həlak olanların xatirəsi Rusiya paytaxtında anılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, dünən axşam saatlarında Azərbaycanın Rusiyadakı səfirliyinin binası qarşısında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülünün fotoları olan lövhənin qarşısına yüzlərlə insan gəlib.
 
Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) və Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RAD) nümayəndələri, habelə Rusiyada təhsil alan gənclər yanğın nəticəsində həlak olanların xatirəsini yad edərək lövhənin qarşısına gül dəstələri qoyublar.

Milli.Az







Tags:  Moskvada Günəşli yatağında baş verən yanğın nəticəsində həlak olanların xatirəsi anılıb FOTO


RƏYLƏR


Top news