Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Telini qovan hakim "Qəbələ"nin oyununda

Telini qovan hakim "Qəbələ"nin oyununda

Date: 8 December 2015 08:16

Avropa Liqasınınqrup mərhələsində son turun hakimləri müəyyənləşib.

ANS PRESS-in məlumatına görə, UEFA "Qəbələ" - “Krasnodar” (Rusiya) oyununu rumın ədalət təmsilçilərinə tapşırıb.

Qarşılaşmanı İstvan Kovaks idarə edəcək. Ona Miklos Naqi və Vasile Marinesku yardımçı olacaq. Dördüncü hakim funksiyasını Mihay Artene yetirəcək. Pavel Balaj və Marius Avram isə matça əlavə köməkçi hakim kimi təyinat alıb.


İstvan Kovaks

İstvan Kovaks bizə tanış hakimdi. Belə ki, o, 2010/11 mövsümündə Avropa Liqasının I təsnifxat mərhələsində "Qarabağ" - "Metallurq" matçını idarə edib. 2010-cu ilin 1 iyulunda baş tutan oyunda "Qarabağ" 4:1 hesablı qələbə qazanıb. Referi Admir Telini meydandan qovub, Rəşad Sadiqovla Georgi Adamiyaya sarı vərəqə göstərib.

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Krasnodar" (Rusiya) oyununun biletləri artıq satışa çıxarılıb. Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 5 manat, VİP sektorlar isə 10 manatdır. Satışa 8 500 bilet çıxarılıb. Biletlər oyunun keçiriləcəyi "Bakcell Arena"nın kassalarında satılır.

Dekabrın 10-da keçiriləcək "Qəbələ" - "Krasnodar" matçı saat 22:00-da başlayacaq.


Tags:  Telini qovan hakim Qəbələnin oyununda

RƏYLƏR


Top news