Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-dan Rusiyaya xəbərdarlıq

ABŞ-dan Rusiyaya xəbərdarlıq

Date: 8 December 2015 08:17

"Krımın Rusiyaya birləşdirilməsini tanımırıq".

"Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Moqerini Ukrayna ilə keçirilən görüşdən sonra bildirib.

Komissar bu məsələdə bütün proseslərin qanuni yollarla həll edilməli olduğu mövzusunda Ukrayna ilə razılığa gəldiklərini vurğulayıb: "Ukraynanın qərbindəki və Krım yarımadasındakı vəziyyəti müzakirə etdik. Krımın Rusiyaya qatılmağını tanımadığımızı bir daha bəyan edirik. Bununla bağlı bütün proseslər qanun çərçivəsində həll olunmalıdır".

Xatırladaq ki, 2014-cü il martın 18-də Krım muxtar respublikasının və Sevastopol şəhərinin Rusiya Federasiyasının tərkibinə daxil olması haqqında müqavilə imzalanıb. Müqaviləni Vladimir Putin, Krım Ali Şurasının sədri Vladimir Konstantinov, muxtar respublikanın Baş naziri Sergey Aksyonov və Sevastopol Şəhər Şurasının sədri Aleksey Çalıy imzalayıblar.

Milli.Az


Tags:  ABŞ-dan Rusiyaya xəbərdarlıq


RƏYLƏR


Top news