Məşhur jurnalın 749-cu çılpaq qızı... - FOTO

Məşhur jurnalın 749-cu çılpaq qızı... - FOTO
08:22 8 Dekabr 2015
174 Maraqlı
Ölkə mətbuatı
A- A+

Məşhur kişi jurnalı "Playboy" üçün sonuncu soyunacaq qadının adı açıqlanıb.

"Qafqazinfo"nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ani qərarla jurnalın üz qabığında çılpaq qadın şəkillərini dərc etməmək qərarı alan "Playboy"un 2016-cı il yanvar-fevral çıxışında 25 yaşlı model Kristi Qarettin fotoları işıq üzü görəcək. Ona jurnalda 12 səhifə ayrılıb.

K. Qarett Gürcüstanda dünyaya göz açıb, daha sonra isə Rusiyada yaşayıb. O peşəkar model kimi dünyanın bir çox ölkəsində çalışıb. Altı dil bilir.

O, jurnalın 749-cu "aylıq qız"ı olacağı üçün xoşbəxt olduğunu, bunun tarixi hadisə olacağını söyləyib.

Qeyd edək ki, "Playboy" jurnalı ilk dəfə 1953-cü ildə işıq üzü görüb. O zaman jurnalın üz qabığında Merilin Monronun şəkli dərc olunub.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/388475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR