ABŞ prezidentliyinə namizəd müsəlmanları ölkəyə buraxmamağa çağırıb

ABŞ prezidentliyinə namizəd müsəlmanları ölkəyə buraxmamağa çağırıb
08:27 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentliyinə namizəd Donald Tramp müsəlmanları ölkəyə buraxmamağa çağırıb

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Respublikaçılar partiyasının təmsilçisinin yaydığı bəyanatda bildirilir.
 
D.Trampa görə, müsəlmanların müəyyən hissəsinin amerikanlara nifrət bəsləməsi yeni hücumlara səbəb ola bilər. "Hələ ki bunun səbəbi bəlli deyil, ABŞ vətəndaşları yalnız cihada inanan insanların qurbanlarına çevrilməməlidirlər", bəyanatda deyilir.
 
Prezidentliyə namizəd həmçinin amerikalıları sayıq olmağa çağırıb.
 
ABŞ-İslam Münasibətləri Şurası, öz növbəsində, bəyanatı qətiyyətlə pisləyərək onu faşizm ab-havasına adlama kimi qiymətləndirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/388476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR