Leyla Əliyeva Parisdə iqlim dəyişikliyi üzrə konfrans çərçivəsində rəsmi qəbulda iştirak edib

Leyla Əliyeva Parisdə iqlim dəyişikliyi üzrə konfrans çərçivəsində rəsmi qəbulda iştirak edib
09:33 8 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC 
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı (COP21) çərçivəsində təşkil olunan rəsmi qəbulda iştirak edib.
Rəsmi qəbul bu ölkənin Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi tərəfindən təşkil olunub. Tədbirdə Fransa Respublikasının Prezidenti Fransua Olland iştirak edib.
Xatırladaq ki, noyabrın 30-dan dekabrın 4-dək Parisdə BMT-nin iqlim dəyişikliyi ilə bağlı COP 21 konfransı keçirilib. Konfransda 150-dək ölkənin dövlət və hökumət başçıları iştirak edib. Tədbirdə bəşəriyyəti narahat edən iqlim dəyişikliyi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Leyla_Aliyeva_Parisde_iqlim_deyisikliyi_uzre_konfrans_cherchivesinde_resmi_qebulda_istirak_edib-909192

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR