Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İran yeni raketini sınadı

İran yeni raketini sınadı

Date: 8 December 2015 09:47

İran yeni, orta mənzilli "Qədr-110" ballistik raketinin sınaqlarını keçirib.
Milli.Az Fox News-a istinadən bildirir ki, bunu ABŞ Müdafiə Nazirliyinin yetkilisi söyləyib.
Onun sözlərinə görə, sınaqlar İranın cənub-şərqində, Pakistanla sərhədin yaxınlığındakı Çobahar limanının yaxınlığında olub.
Raket Oman körfəzinin yaxınlığındakı poliqondan buraxılıb.
"Qədr-110" raketi 1500 km uçuş məsafəsinə malikdir və nüvə başlığı daşıya bilir.
Bu raket "Şahab 3"ün təkmilləşdirilmiş versiyasıdır.
Milli.Az


Tags:  İran yeni raketini sınadı



RƏYLƏR


Top news