Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Adelin Ahmet Kayadan mahnı oğurlamasına peşəkar rəyi - video

Adelin Ahmet Kayadan mahnı oğurlamasına peşəkar rəyi - video

Date: 8 December 2015 09:51

Bir neçə gündür ki, britaniyalı müğənni Adelin "25" albomunda yer alan "Million Years Ago" mahnısının Ahmet Kayadan plaqiat edildiyi iddiaları səslənir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Qreq Kurstinin (Greg K.) bəstəsi ilə A.Kayanın "Acılara tutunmak" (1985) mahnıları arasındakı bənzərlik türk dinləyicilərini belə düşünməyə vadar edib.

Musiqiçi Metin Özülkü bunu "sıradan bir təsadüf" adlandırıb. O, bu bənzərliyin normal olduğunu, çox mahnıda istifadə olunan standartdan, qəlibdən istifadə edildiyini deyib:

"Doğrudur, ikisi də hissiyat olaraq çox bənzəyir. Amma bu, sadəcə təsadüfdür. Çünki musiqidiə müxtəlif harmonik qəliblər var. Burada da eyni qəlibdə yazılmış iki mahnını müzakirə edirik. Araşdırsanız, dünyada buna bənzər daha çox mahnı da tapa bilərsiniz. Dolayısıyla, amerikalı bəstəkarın Ahmet Kayadan təsirləndiyini ya da oğurladığını iddia edə bilmərik. Bu sıradan bir musiqidir, Ahmet Kayanınkı da orijinal deyil, çünki bu geniş yayılan standartlar üzərində yazılıb".

Qeyd edək ki, A.Kayanın həyat yoldaşı Gülten K. da dünya şöhrətli musiqiçinin belə plaqiat edəcəyinə inanmadığını deyib.




Tags:  Adelin Ahmet Kayadan mahnı oğurlamasına peşəkar rəyi video

RƏYLƏR


Top news