İki aparıcı Obamaya söydü, qovuldu

İki aparıcı Obamaya söydü, qovuldu
09:52 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

ABŞ-ın nüfuzlu Fox News telekanalının aparıcıları prezident Barak Obamanı təhqir etdiklərinə, söydüklərinə görə dünən işdən kənarlaşdırılıblar.

Milli.Az CNN-ə istinadən bildirir ki, Ralf Peters Steysi Deş ən azı 2 həftə efirə çıxmayacaqlar.
"Bu şəxslər efirimiz üçün tamamilə yersiz və yolverilməz şərhlərə yol veriblər", - telekanalın baş icraçı vitse-prezidenti Bill Şayn deyib.

Steysi Deşin sözlərini rejissorlar qismən kəsə biliblər. Petersin sözləri isə efirdə tamamən səslənib. Hər iki şərh Barak Obamanın millətə müraciəti ilə bağlı idi.
Peters polkovnik-leytenantdır və telekanalın strateji analitiklərindən biri sayılır.
Steysi Deş isə Fox News-dakı "Outnumbered" tok-şousunun aparıcısıdır.
Teleaparıcılar üzr istəmək niyyətində olmadıqlarını deyiblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/388386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR