Cahangir Əsgərov dünya çempionatında yüksək nəticələr göstərmiş Azərbaycan ağırlıqqaldıranlarını mükafatlandırıb

Cahangir Əsgərov dünya çempionatında yüksək nəticələr göstərmiş Azərbaycan ağırlıqqaldıranlarını mükafatlandırıb
09:57 8 Dekabr 2015
87 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti Cahangir Əsgərov ABŞ-ın Hyuston şəhərindəki dünya çempionatında yüksək nəticələr göstərmiş milli komanda üzvlərini qəbul edib. "Report"un məlumatına görə, görüşdə C.Əsgərov idmançıları 1 qızıl, 1 bürünc medal və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanmaları münasibətilə təbrik edib. 
O, ağırlıqqaldıranlara Rio-2016-da uğurlar arzulayıb. Sonda AAAF prezidenti ağırlıqqaldıranları mükafatlandırıb. 
Qeyd edək ki, dünya çempionatında Azərbaycan millisinin üzvlərindən Boyanka Kostova (58 kq) qızıl, Valentin Xristov (62 kq) bürünc medal qazanıb. Firudin Quliyev (69 kq) 5-ci, Elxan Əliquluzadə (77  kq) 6-cı, İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəyli (+105 kq) 9-cu yeri tutub.  



Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/cahangir-esgerov-dunya-cempionatinda-yuksek-neticeler-gostermis-azerbaycan-agirliqqaldiranlari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR