Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İranın Milli Vergi Administrasiyasının rəhbəri istefa verib

Date: 8 December 2015 09:58

Bakı. Təmkin Cəfərov - Trend:

Ötən axşam İranın Milli Vergi Administrasiyasının rəhbəri Əli Əsgəri istefa verib. Trend-in məlumatına görə, bu barədə İranın İSNA agentliyi məlumat verib.

Məlumata görə, İranın iqtisad naziri Əli Təyyibniya administrasiya rəhbərinin istefasını qəbul edib.

Qeyd edək ki, Əli Əsgəri Milli Vergi Administrasiyasına 2009-cu ildə sabiq prezident Mahmud Əhmədinejadın ölkəyə rəhbərlik etdiyi dövrdə sədr seçilib. 2013-cü ildə Prezident Həsən Ruhaninin hökuməti dövründə onun işinin davam etdirilməsinə qərar verilsə də, İran mətbuatının məlumatına görə, son vaxtlar Əli Əsgəriyə edilən təzyiqlər onun tutduğu vəzifədən istefa verməsinə səbəb olub.

İranın Milli Vergi Administrasiyasına sədr seçiləcək namizədlərdən biri hazırda Sepah bankının baş direktoru işləyən Kamil Təqəvinejad göstərilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  İranın Milli Vergi Administrasiyasının rəhbəri istefa verib

RƏYLƏR


Top news