Leyla Əliyeva Fransa prezidenti ilə bir arada

Leyla Əliyeva Fransa prezidenti ilə bir arada
10:04 8 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı (COP21) çərçivəsində təşkil olunan rəsmi qəbulda iştirak edib. Lent.az-ın fondun saytına istinadən məlumatına görə, rəsmi qəbul bu ölkənin Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi tərəfindən təşkil olunub. Tədbirdə Fransa Respublikasının Prezidenti Fransua Olland iştirak edib.

 

Qeyd edək ki, noyabrın 30-dan dekabrın 4-dək Parisdə BMT-nin iqlim dəyişikliyi ilə bağlı COP 21 konfransı keçirilib. Konfransda 150-dək ölkənin dövlət və hökumət başçıları iştirak edib. Tədbirdə bəşəriyyəti narahat edən iqlim dəyişikliyi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224340

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR