"Kurtlar vadisi"nin məşhuru Bakıda

"Kurtlar vadisi"nin məşhuru Bakıda
10:05 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakıda Türk kino həftəsi keçirilir. Dekabrın 12-dən 16-dək davam edəcək kino həftəsində 9 film nümayiş olunacaq.
 
Milli.Az publika.az-a istinadən xəbər verir ki, açılış mərasimində iştirak etmək üçün tanınmış türk rejissoru, ssenarist Osman Sınav da Bakıya gəlib. Qonaq Dövlət Film Fondunda olub, fondun  muzeyi və kino avadanlıqları ilə tanış olub.
Film Fondu ilə tanışlıqdan sonra O.Sınav Azərbaycan və Türkiyə kinematoqrafiyasının ortaq tərəflərini müzakirə edib. 

Rejissor gələcəkdə Azərbaycanla müştərək film çəkmək arzusunu da dilə gətirib.

Qeyd edək ki, "Dəli ürək" çoxseriyalı filmi ilə məşhurlaşan Osman Sınav "Ekmek teknesi", "Acı hayat" və "Kurtlar vadisi" serialları ilə tanınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/388513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR