Estoniya prezidenti polis zabiti ilə nişanlandı

Estoniya prezidenti polis zabiti ilə nişanlandı
10:05 8 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Estoniya prezidenti Toomas İlves nişanlanıb. Onun nişanlısı Latviya Daxili İşlər Nazirliyinin Kibertəhlükəsizlik Xidmətinin rəhbəri İeve Kupsedir.
Milli.Az BBC-yə istinadən bildirir ki, nişanlanma faktını Estoniya prezidentinin dəftərxanasında təsdiqləyiblər.
38 yaşlı Kupsenin nişanlanmadan sonra vəzifəsində qalıb-qalmayacağı bəlli deyil.

61 yaşlı İlves indiyədək iki dəfə nikahda olub, onun 3 övladı var. İlves ikinci arvadı ilə bu il boşanıb.
Toomas İlvesin prezidentlik səlahiyyətləri 2016-cı ilin avqustunda başa çatacaq.
Estoniya prezidenti və Kupse 2000-ci illərin əvvəllərində Avropa Parlamentində tanış olublar.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR