Gələn il texnologiya aləmində hansı yeniliklər ola bilər?

Gələn il texnologiya aləmində hansı yeniliklər ola bilər?
10:06 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

«Microsoft» korporasiyası 2016-cı il üzrə öz texnoloji proqnozlarını dərc edib. Müsahibə formasında dərc edilən proqnozda şirkətin tədqiqat bölməsinin aparıcı əməkdaşlarının hər birinə aşağıdakı sual verilib: 2016-cı ildə və növbəti 10 il ərzində (2026-cı ilədək) müəyyən sahədə əsas tərəqqi nə olacaq?
 
 
«Microsoft Research NexT»in əməkdar mühəndisi və baş direktoru Lili Çenin fikrincə, 2016-cı ildə insanlar səsli köməkçilərdən daha tez-tez istifadə edəcək. Onun sözlərinə görə,  bu köməkçilər insanları güldürəcək və işlərində yaxından kömək edəcək. O, həmçinin hesab edir ki, 2016-cı ildə planetdə yaşayan insanların əksəriyyəti fiziki deyil, virtual məkanda öz karyerasını quracaq.
 
"Vaxt ötdükcə iş prosesi  dəyişiləcək, şəhərlərin inşası və cəmiyyətlərin yaradılması üsullarını dəyişdirəcək", – deyə Çen öz fikirlərini bölüşüb.
 
 
 
«Microsoft»un əməkdar tədqiqatçısı, «Microsoft Research»in Britaniya filialının icraçı direktoru Kris Bişop isə hesab edir ki, 2016-cı ildə kompüter təlimi üçün optimallaşdırılmış yeni mikroprosessorlar istehsal ediləcək.
 
 
Həmçinin o düşünür ki, 2026-cı ilə Avropa ölkələri arasında dil baryeri aradan qaldırılacaq, çünki o zamanadək kompüterlər insan danışığını tərcümə etməyi öyrənəcək.
 
 
«Microsoft Research»in Britaniya filialının baş tədqiqatçısı Casmin Fişerin fikrincə isə 10 il ərzində cəmiyyət xərçəng xəstəliyi üzərində qələbə çalacaq. Bu, fənlərarası texnologiyaların inkişafı sayəsində mümkün olacaq.
 
 
Emil Hüseynov
 
 
 
 
 
 
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40185-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR