Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xalq artisti milad opera forumuna qatılacaq

Xalq artisti milad opera forumuna qatılacaq

Röya Ağdamda, Aygün Bakıda... (17 Mart 2017 14:12)
Müslüm Maqomayevin "qızı" həbs olundu (13 Mart 2017 16:06)
Opera və Balet Teatrında "Arşın mal alan" tamaşası göstəriləcək (09 Mart 2017 20:57)

Tarix: 8 Dekabr 2015 10:11

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, xalq artisti Samir Cəfərov dekabrın 16-dan 20-dək Belarusun paytaxtı Minskdə qastrol səfərində olacaq.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, S.Cəfərov Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dəvəti ilə VI beynəlxalq milad opera forumunda iştirak edəcək.

Son illərdə milad opera forumu Belarus Respublikasının mədəni həyatında əsas tədbirlərdən biri kimi dünya musiqi ictimaiyyətinin böyük marağına səbəb olub. Forum çərçivəsində təşkil edilən tamaşa və konsertlərə bir sıra ölkələrdən məşhur opera truppaları, vokalçılar dəvət olunur, premyeralar və qala-konsertlər keçirilir.


Teqlər:  Xalq artisti milad opera forumuna qatılacaq



RƏYLƏR


Top xəbərlər