Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeni «Wi-Fi» qurğusu vasitəsilə istənilən smartfona müdaxilə etmək olar

Yeni «Wi-Fi» qurğusu vasitəsilə istənilən smartfona müdaxilə etmək olar

Date: 8 December 2015 10:11

İsrailin müdafiə sənayesi sahəsində işləyən «Rayzone Group» adlı texnologiya şirkətinin yaratdığı qurğu «Wi-Fi» vasitəsilə istənilən smartfona müdaxiləyə imkan verir.
 
 
«ICTnews» elektron xəbər xidməti «psm7.com» saytına istinadən yazır ki, yığcam qurğu «Wi-Fi» qoşulu olduğu halda mobil telefon sahibinin fərdi məlumatlarını, onun kontakt, parol, hesab və unikal telefon nömrəsini ələ keçirir.
 
 
«InterApp» sistemi xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları üçün hazırlanıb, bu səbəbdən istehsalçılar qurğunun texniki xüsusiyyətləri haqda məlumat verməyib.
 
 
Yalnız o məlumdur ki, həm «iOS», həm də «Android» platforması ilə işləyən smartfonlara müdaxilə mümkündür. Görünüşcə routeri xatırladan bu qurğu eyni vaxtda yüzlərlə ticarət mərkəzi, aeroport və başqa ictimai yerlərdə olan insanlar haqda məlumat toplaya bilər.
 
 
Emil Hüseynov


Tags:  Yeni Wi-Fi qurğusu vasitəsilə istənilən smartfona müdaxilə etmək olar


RƏYLƏR


Top news