Eldar Mahmudov qudasının yanına göndərilir

Eldar Mahmudov qudasının yanına göndərilir
10:12 8 Dekabr 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

Eldar Mahmudovun əmisi oğlunun bahalı maşını - FOTO (07 May 2017 10:52)

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin həbsi hətta "Günəşli" yatağında baş vermiş ağır faciənin fonunda  belə diqqətdən kənarda qalmadı. Eldar Mahmudovun ev dustaqlığında çox qalmayacağı, tezliklə ona da Kürdəxanı təcridxanasında "yer veriləcəyi" haqda xəbərlər artıb.

Məlumata görə, E.Mahmudovun  həbsi üçün kifayət qədər sübutlar artıq istintaqda var. C.Hacıyevin işdən çıxarılandan 9 ay sonra həbs edilməsi onu göstərdi ki, qudalar vəd etdikləri, daha doğrusu, dövlətdən mənimsədikləri pulu qaytara bilməyiblər. Bəzi mənbələr bu vəsaitin 2-8 milyard manat civarında olduğunu deyir. C.Hacıyev hələ mart ayında işdən çıxarılanda və bank vəsaitinin mənimsənilməsində  E.Mahmudovun da şərikliyi üzə çıxdıqdan sonra nazir qudasını həbsdən bir şərtlə qoruya bilmişdi: mənimsənilən pullar qaytarılacaq. Amma zaman keçdikcə E.Mahmudov bandasının MTN-də törətdiyi cinayətlər də aşkar oldu ki, bu da qüdrətli daha bir qudanın da vəzifədən çıxarılması ilə nəticələndi.

Məlumatlara görə, E.Mahmudovla C.Hacıyev, sadəcə, quda olmayıblar, onlar bu qohumluqdan illər öncə bütün bizneslərini, gizli sirlərini bölüşüblər, bir-birilərinə informasiya dəstəyi verərək milyardlara sahibləniblər. E.Mahmudov ona geniş maliyyə kanalları yaratmış C.Hacıyevə "borclu qalmayıb". O, C.Hacıyevin iqtisadi komandada rəqiblərini ən müxtəlif üsullarla işdən qovdurub, şantaj edib və susdurub.  

Onlardan biri də sabiq maliyyə naziri Əvəz Ələkbərovdur.  Təsadüfi deyil ki, E.Mahmudovun istefasından sonra Ə.Ələkbərov bunu açıq etiraf edib. O deyib ki, Eldar Mahmudov nazir olandan sonra komandanın içində çaşqınlıq yaradıbmış. "Eldar Mahmudov öz maraqları çərçivəsində kimisə qabağa çəkdi,  kiməsə zərbə vurdu,  kimisə diz çökdürdü. O, hakimiyyətdə olduqca təsirli  idi.  Onun kəsdiyi başa sorğu-sual yox idi. Hamı ondan çəkinirdi".

1999-cu ildən maliyyə naziri olan Ə.Ələkbərov 2006-cı ilin aprelində işdən çıxarılıb. Xəbərlərə görə, E.Mahmudov onun haqqında kompromatlar toplayıb. E.Mahmudov onu 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilən "prezident Əli İnsanovun baş naziri" kimi təqdim edib. MTN-də hazırlanan dosyeyə inandırıcı dəlilər qoyulub, nazirin Əli İnsanovla restoranlarda görüşdüyü və sair kimi faktlarla "zənginləşdirilib". Qeyd etdiyimiz kimi,  E. Mahmudov hələ C.Hacıyevlə qohum olmasa da, "Qara kəmər" əməliyyatından sonra onlar arasında ciddi dostluq münasibətləri yaranıb.  Maliyyə Nazirliyi də Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinə cavabdeh olduğundan Ə. Ələkbərov C. Hacıyevə ciddi nəzarət edirmiş. İşə E. Mahmudov qarışdıqdan sonra Ə. Ələkbərov vəzifədən uzaqlaşdırılıb.

Üstəlik, iddialar var ki, MTN şefinə həm də komandada "göz-qulaq" olmaq göstərişi də varmış ki, E. Mahmudov da bu tapşırığı öz şəxsi ambisiyaları hesabına həyata keçirib. 
      
E.Mahmudov  hər zaman "qərbi azərbaycanlılara" az qala düşmən kimi münasibət göstərirmiş, onların hakimiyyətdən getməsinə çalışırmış. Ehtimal edilir ki, təhsil naziri Misir Mərdanovun da postundan uzaqlaşdırılmasında E.Mahmudovun ciddi rolu olub. Nazirin işdən çıxarılmasından sonra onun Bakıda indiyədək bilinməyən obyektlərinin üzə çıxması və bu məlumatların mediaya ötürülməsində də MTN-in əli olduğu hələ o zaman da şübhə doğurmurdu.

C.Hacıyevin iqtisadi komandada güclü rəqiblərindən olan Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun da sıradan çıxarılması üçün qudalar ciddi cəhdlər ediblər. C.Hacıyev E.Mahmudovun otağında Hacı Məmmədovla şəxsən görüşüb və ondan Zamirə Hacıyevanın oğurlanmasında  E.Rüstəmovun da əli olduğuna dair ifadə verməsini istəyib. Mərkəzi Bank sədri haqda bəzi kompromat materiallar, məsələn, bir neçə il əvvəl bankdan bir neçə maşın pulun çıxarılıb yandırılması haqda xəbərlərin də MTN mətbəxində hazırlandığı deyilir. C.Hacıyevin işdən çıxarıldıqdan sonra isə Mərkəzi Banka rəhbər gətiriləcəyi deyilirdi. Bu o ərəfə idi ki, Mərkəzi Bank sədri növbəti 5 il müddətinə parlamentdə təsdiqlənməli idi. E.Mahmudov qudasının işdən çıxarılması ilə barışırmış və bunun üçün hətta prezidentin etimad göstərdiyi baş bankiri belə hədəfə almaqdan çəkinmirmiş.

E.Mahmudovun  nazirlərə qarşı müharibəsini təsdiqləyən daha bir məlumatı ölkə.az saytı yayıb. Ziya Məmmədovun "vurulması" ilə bağlı yazıdan bəzi sitatlara diqqət edək: "Mətbuatın yaydığı məlumatlar - hətta beynəlxalq əhəmiyyətli avtomobil yollarının da keyfiyyətsiz çəkilməsi, milyardlarla dövlət vəsaitinin düzgün xərclənməməsi və mənimsənilməsi, nazirin əvvəllər birini də buraxmadığı rəsmi tədbirlərdə görünməməsi və s. barədəki qalmaqallı əhvalatlar Ziya Məmmədovun karyerasının tezliklə başa çatacağına dair mülahizələr irəli sürməyə əsaslar verirdi. Kiminsə "güclü əli" ilə belə bir ictimai rəy yaradılırdı ki, nazir bacarıqsız adamdır, əlindən heç bir iş gəlmir, amma öz qulluq mövqeyindən yaxşı istifadə edə və büdcə pullarını öz şəxsi məqsədləri üçün xərcləyə bilir".

Sonra isə Bakıda keçirilən Avropa Oyunları zamanı baş vermiş məlum qəzaya diqqət çəkilir: "Nəqliyyat Nazirliyinin xaricdən baha qiymətə aldığı avtobusların biri yarışların elə ilk günündəcə bir qrup idmançını vurdu. Nəticədə üç avstriyalı idmançı qız xəsarət aldı. Bundan əlavə, nazirliyin əməkdaşları bu hadisəni videolentə alaraq həmin kadrları öz keçmiş həmkarlarının köməyi ilə dünya mətbuatına ötürdülər. Eldar Mahmudovun nəzarət və idarə etdiyi ictimai rəy institutları barmağını yenə o qədər də populyar olmayan Ziya Məmmədova doğru tuşladı. Halbuki Avropa Oyunları zamanı təhlükəsizliyin qorunmasına ilk növbədə Eldar Mahmudov cavabdeh idi. Yaxşı, bəs MTN bundan əvvəl yol qəzasına görə məhkumluq həyatı yaşamış bir sürücüyə avtobus sükanının etibar olunmasına necə yol vermişdi? Bunu necə gözdən qaçırmışdı? Nəticə isə bəllidir: nazir töhmət almadı, amma ona Avropa Oyunlarının əksər təşkilatçılarının layiq görüldüyü mükafatdan da verilmədi".

***

Məlumatlara görə, iqtidar komandasında sabiq MTN şefinin həbsini istəyənlər sayı çoxdur. E.Mahmudov zamanında onların bəzilərini hətta kabinetinə belə çağırtdırıb, hədə-qorxu dilində danışıb. Məhz bu qrup sabiq nazirin hələ də evində olmasını qəbullana bilmir.

"Yeni Müsavat"

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qazax şəhərində yerli sakin bıçaqlanıb

26 May 2017 21:27

Ramazan ayının ilk gününün DUASI VƏ TƏQVİMİ

26 May 2017 21:22

Moskvada terror aktı hazırlamaqda şübhəli bilinən 4 şəxs həbs edilib

26 May 2017 21:17

Əməkdar artist çəkiliş vaxtı zəhərləndi: "Xəstəxanaya yerləşdirib, mədəmi yudular" - FOTO

26 May 2017 21:17

"Qarabağ" Moskva klubuna rəqib oldu

26 May 2017 21:17

Evi əlindən alınan kişi "Bank Respublika"nın önündə özünü yandırdı —

26 May 2017 21:14

Fransanın MDB ölkələri üzrə regional rəhbəri İİTKM-də olub

26 May 2017 21:12

Azərbaycan XİN Misirdəki terror aktını qınayır

26 May 2017 21:08

Bakıda 5 yaşlı qızın əsərləri sərgilənəcək

26 May 2017 21:03

SOCAR-da “Neft dağılmalarına qarşı hazırlıq və cavab tədbirləri” mövzusunda təlim keçirilib

26 May 2017 21:02

Füzulidə “Yaşa Azərbaycan” festivalı keçirilib

26 May 2017 21:02

Qızından Rəqsanəyə: "Sən başqa qollardasan, mən başqa qollarda..." -VİDEO

26 May 2017 20:57

Vergilər Nazirliyinin əməkdaşları iki həftədə 1400-dən çox sahibkarla görüşüb

26 May 2017 20:57

Misirdə terror aktı nəticəsində ölənlərin sayı 28-ə çatdı

26 May 2017 20:57

Sabiq "Bavariya"lının Azərbaycan arzusu: "Ekzotik ölkəyə səyahət maraqlı olardı"

26 May 2017 20:52

Məleykə Abbaszadədən 700 bal toplamış abituriyentlərə XƏBƏRDARLIQ:

26 May 2017 20:50

Deniz Sekidən ayrılıq xəbəri

26 May 2017 20:47

Əməliyyat zamanı oyanan qadın qarnının kəsildiyini gördü - DƏHŞƏT

26 May 2017 20:47

Restoranlar şəbəkəsini donuz ətinə görə məhkəməyə verdi - 100 milyon təzminat

26 May 2017 20:43

Kiçik qızın boğazından çıxan ŞOK ETDİ - FOTO

26 May 2017 20:43

Sağlam qidalanmanın 9 QAYDASI: Oruc tutanlar, ƏMƏL EDİN

26 May 2017 20:37

Bu oğlan anasının müştərilərindən pulu özü alır -

26 May 2017 20:37

Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

26 May 2017 20:36

Azərbaycanlı aparıcı: "Qapımı nə vaxt açsanız..."

26 May 2017 20:32

Yevlaxda biznes inkubator iştirakçıları üçün treninq keçirilib

26 May 2017 20:32

Rusiyada məzunlar "Son zəng"i belə qeyd etdi - FOTO

26 May 2017 20:27

Türkdilli dövlətlər arasında elektron imzanın tanınması ilə bağlı razılıq əldə olunub

26 May 2017 20:22

İradə hazırlaşır: yeni mahnılar və fotosessiya

26 May 2017 20:22

Zakir Həsənov MDB Müdafiə nazirləri Şurasının iclasında iştirak edib -

26 May 2017 20:18

"ALBALI PLUS" kartının 5 yaşı ilə bağlı futbol çempionatı keçirilir

26 May 2017 20:15

Günaydan oğluna maraqlı hədiyyə - FOTO

26 May 2017 20:12

Səlim Müslümov: “Aktiv əmək müqaviləsi bildirişlərinin 47,2 faizi qadınlara məxsusdur”

26 May 2017 20:12

"Real" "Juventus"un futbolçusuna elçi düşdü

26 May 2017 20:12

Mark ilk sosial şəbəkəsini 10 yaşında yaradıbmış

26 May 2017 20:05

Məhvedici NƏTİCƏLƏR, Qarabağın STATUSU ÜÇÜN… - GÜNÜN SİYASİ XÜLASƏSİ

26 May 2017 20:03

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Almaniyada görüşlər keçirib

26 May 2017 20:02

Moskvada yolu keçənlər atəşə tutuldu - Yaralılar var

26 May 2017 20:01

Xalq artisti onunla görüşmək üçün Türkiyəyə getdi - FOTO

26 May 2017 19:57

"ABŞ və İsrail İranın güclənməyini istəmir" -

26 May 2017 19:57

Rusiya gəmiləri Aralıq dənizində "savaş"a başladı

26 May 2017 19:52

İradə İbrahimovadan YENİ FOTOSESSİYA

26 May 2017 19:48

"Azərkosmos” elmi müəssisələrə peykdən təmənnasız təsvirlər verəcək

26 May 2017 19:42

Fatimə uşaqları belə sevindirdi - FOTO

26 May 2017 19:42

Orqanizmi bir aylıq oruca hazırlamağın 3 ASAN YOLU

26 May 2017 19:38

Ronaldonun London səfəri təxirə salındı

26 May 2017 19:37

"Suriyaya əlavə qoşun göndərmək niyyətində deyilik" -

26 May 2017 19:36

Ən məşhur ziyafət gecəsi yarıçılpaq şouya döndü - FOTO

26 May 2017 19:32

Türkiyədə qədim türbəni satmaq istəyən 12 nəfər tutulub

26 May 2017 19:32

Keçmiş kapitan Premyer Liqa klubunda

26 May 2017 19:27

Rusiya səfiri: "Əsgərov təmas xəttini necə keçib, niyə silahlı olub?"

26 May 2017 19:22