Dayanacaqda partlama: 4 nəfər xəsarət aldı

Dayanacaqda partlama: 4 nəfər xəsarət aldı
10:16 8 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın paytaxtı Moskvada ictimai nəqliyyat dayanacaqlarının birində əldəqayırma bomba partlayıb.

ANS PRESS-in məlumatına görə, hadisə Pakrovka küçəsində yerləşən evlərə yaxın bir yerdə baş verib. Dayanacaqda əldəqayırma qurğunun partlaması nəticəsində 4 nəfər xəsarət alıb. Sınan şüşələrin qəlpələri onların bədəninə girib. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.


Rusiya, Moskva, Parkovka küçəsi


Hadisə yerinə dərhal Rusiya Federasiyasının Fövqəladə hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hələ ki, bombanın hansı səbəbdən və kimlər tərəfindən partladılması məlum deyil.

İstintaq idarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliəkbərovun verdiyi məlumata görə, əldəqayırma qurğu evlərə, maşınlara yaxın olduğu üçün onu ya maşın, ya da evin pəncərəsindən də ata bilərdilər.


Moskvada bomba partladılan dayanacaq


Qurum rəsmisinin sözlərinə görə hazırda məsələ ilə bağlı "Dələduzluq" maddəsi üzrə cinayət işi qaldırılıb, axtarış və şübhəlilərin tutulması üçün bütün lazımi tədbirlər görülür.


Moskvada, dayanacaqda partlayış

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366719

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR