İrəvanda hakimiyyətə qarşı mitinqlər davam edir

İrəvanda hakimiyyətə qarşı mitinqlər davam edir
10:16 8 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın “Yox” cəbhəsi və “Yeni Ermənistan” qurtuluş cəbhəsinin İrəvanın mərkəzində birgə etiraz aksiyası baş tutub.

ANS PRESS-in məlumatına görə, etirazçılar paytaxtda yürüş keçiriblər. Yürüşdən sonra ölkədə baş tutan referendum nəticələrində narazı qalanlar oturaq aksiyaya başlayıblar.

Dekabrın 10-u saat 13:00-da isə “Yeni Ermənistan” Ermənistan Milli Konqresinin (EKM) təşkil etdiyi insan hüquqlarının pozulmasına qarşı yürüşə qatılacaq.
Yaxın 3 gün ərzində “Yeni Ermənistan” üzvləri Azadlıq meydanında toplaşaraq mitinqlər keçirəcək.





Daha əvvəl Erməni Milli Konqresi (EMK) fraksiyasının rəhbəri Levon Zurabyan parlamentin sessiyalarını boykot edəcəklərini bildirib.

Dekabrın 6-sı Ermənistanda ölkənin idarəetmə quruluşunu dəyişmək üçün referendum keçirilib. Ölkə vətəndaşları Ermənistanın prezident idarəetmə quruluşundan parlament idarəetməsinə keçidi nəzərdə tutan konstitusiya dəyişikliklərinə səs veriblər.

Səsvermənin nəticələrinə görə, seçicilərin 74,87% -i islahatlara “hə” deyib. 22,31% seçici isə islahatların əleyhinə səs verib.


Serj Sarkisyan - Ermənistan prezidenti

Konstitusiyaya dəyişikliklə əlaqədar olaraq, bir neçə ay ərzində ölkə əhalisi keçirilən referenduma etiraz edirdilər. "İrs", Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Erməni milli konqresi", ölkənin keçmiş prezidenti Robert Koçaryan seçkilərin əleyinə mitinqlər təşkil edirdilər. Etirazçılar bildiriblər ki, cinayətkar rejim devrilməyincə mitinqlərə son qoyulmayacaq.


Ermənistanda referendumla bağlı keçirilən aksiyalar

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366721

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR