Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ölkə ərazisində yağış yağacaq (VİDEO)

Ölkə ərazisində yağış yağacaq (VİDEO)

Date: 8 December 2015 10:21

Dekabrın 8-də Bakı və Abşeron yarımadasında gün ərzində hava buludlu keçəcək. Axşama doğru şimal-qərb küləyinin sürəti artacaq. Havanın temperaturunun gündüz 11 ° isti olacağı ehtimal olunur.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən - Gədəbəy rayonlarında hava buludlu keçəcək. Gündüz saatlarında duman və çiskin olacaq. Cənub -qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun 8° isti olacağı gözlənilir.

Qərb bölgələr: Qazax, Gəncə, Göranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən buludlu olacaq. Qərb istiqamətindən əsən külək günün ikinci yarsından sonra şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu isə 12° istini göstərəcək.

Şimal-qərb bölgələri: Balakən, Zaqatala , Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Xaçmaz və Qusar rayonlarında hava dəyişkən buludlu və çiskinli olacaq. Əəsn şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun 10° isti olacağı müşahidə olunacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən buludlu keçəcək. Havanın temperaturunun 10° isti olacağı müşahidə olunacaq 13° isti olacaq.

Cənub-şərq bölgələr: Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz hava əsasən dəyişkən buludlu olacaq. Bəzi ərazilərdə zəif duman müşahidə olunacaq. Havanın temperaturunun gündüz 11° isti olacağı deyilir.

Naxçıvan Muxtar Respublikasının ərazisində də dəyişkən buludlu keçəcək. Səhər saatlarında zəif duman müşahidə ediləcək. Temperatur isə 9° istini göstərəcək.


Tags:  Ölkə ərazisində yağış yağacaq VİDEO


RƏYLƏR


Top news