Günəşli faciəsinin qaranlıqları…

Günəşli faciəsinin qaranlıqları…
10:27 8 Dekabr 2015
125 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" neft yatağında baş verən qəza böyük faciəyə səbəb oldu. Xilasetmə işlərinin sürətləndirilməsi, aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, baş vermiş qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədi ilə Prezident İlham Əliyev Komissiya yaradılması barədə sərəncam imzalayıb.

Baş nazir Artur Rasizadənin rəhbəri olduğu komissiyaya hüquq-mühafizə orqanları və digər aidiyyatı qurumların rəhbərləri daxildir. Baş vermiş hadisənin səbəblərinin araşdırılması üçün təxirəsalınmaz istintaq tədbirlərinin həyata keçirilməsi vəzifəsi isə Baş Prokurorluğa, Daxili İşlər, Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirliklərinə həvalə olunub.  

Elxan Şahinoğlu: "Azərbaycan qaz bazarında tədricən Rusiyanın ciddi rəqibinə çevrilir"

Hadisə ilə bağlı rəsmilər tərəfindən verilən açıqlamalarda faciənin qəza nəticəsində baş verməsi bildirilsə də, təxribat ehtimalı da istisna edilmir. Rəsmilər bildirirlər ki, bu məsələ Komissiyaya daxil olan MTN tərəfindən araşdırılır.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Bizim Yol" qəzetinə açıqlamasında bildirib ki, bu barədə konkret söz demək üçün komissiyanın araşdırmalarının nəticələrini gözləmək lazımdır.

"Bölgədə çox gərgin vəziyyət yaranıb. Suriyada müharibə, beynəlxalq terrorçuların fəallaşması, üstəlik, Rusiya-Türkiyə gərginliyi müəyyən suallar yaradır. Məsələn, Türkiyənin baş naziri Bakıda olarkən qətiyyətlə vurğuladı ki, TANAP layihəsini 2018-ci ildən daha erkən bitirmək lazımdır. Çünki "Türk axını" layihəsi dondurulub və Türkiyənin Azərbaycan qazına daha çox ehtiyacı var. Bu açıqlamadan bir neçə gün sonra isə "Günəşli" yatağında məlum faciə baş verdi. Bu hadisə onu diqtə edir ki, "Şahdəniz" də daxil olmaqla bütün neft yataqlarında təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Çünki məhz "Şahdəniz" qaz yatağından çıxarılacaq qaz TANAP üzərindən Türkiyəyə və Avropaya çatdırılmalıdır. Ruslar da bunda maraqlı deyillər. Çünki Türkiyə Rusiyadan az qaz almağa başlasa, "Qazprom" yeni bazarlar axtarmaq məcburiyyətindədir ki, bu da asan məsələ deyil. Ona görə də Azərbaycan qaz bazarında tədricən Rusiyanın ciddi rəqibinə çevrilir. Ona görə də bu hadisə hətta diversiya deyilsə belə, "Şahdəniz" və digər yataqların təhlükəsizlik tədbirləri artırılmalıdır. Çünki bölgədə yaranan mənfi durumun Azərbaycana da pis təsirləri ola bilər", - deyə E.Şahinoğlu bildirib.

Ekspert əlavə edib ki, Rusiya bütün hallarda Azərbaycanın bazara daha az qaz və neft çıxarmasında maraqlıdır. "Həmçinin, Azərbaycanda olan və tikilən boru xətlərinin də təhlükəsizliyi gücləndirilməlidir. Çünki Azərbaycanın enerji sahəsində bölgədə əsas oyunçulardan birinə çevrilməsi Rusiyadakı müəyyən dairələrin maraqlarına cavab vermir. Rusiya Türkiyəni cəzalandırmaq istəyir və sərhəddə yük maşınlarını dayandırır. Dərhal Türkiyə Azərbaycanla razılaşır ki, həmin maşınlar yükü Azərbaycan və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya daşıyacaqlar. Yəni bu razılaşmaya görə Rusiyanın Türkiyəni cəzalandırması alınmadı. Yaxud da "Türk axını" layihəsini dondurmaqla Türkiyəni cəzalandırmaq istəyir, Türkiyə isə iki münbit bazar tapır. Bir Qətər sıxılmış qaz satacağını bildirir, ikincisi baş nazir Əhməd Davudoğlu Bakıda olarkən TANAP-ın daha erkən istifadəyə veriləcəyi aydın olur. Bütün bu məsələlər, Türkiyə-Azərbaycan arasında olan bu cür razılaşmalar Rusiyadakı dairələri qıcıqlandırmaya bilməz. Ona görə də heç nəyi istisna etmək olmaz və bütün ehtimallar diqqətlə araşdırılmalıdır.

Vahid Əhmədov: "Təxribat ehtimalına inanmıram"

Milli Məclisin deputatı Vahid Əhmədov isə "Bizim Yol"a açıqlamasında təxribat ehtimalına inanmadığını deyib: "Hadisəni əvvəldən izləyirəm. Bu barədə xəbərlərə, açıqlamalara, mətbuat konfranslarında deyilənlərə baxıram, həmçinin özüm də vaxtilə dənizdə işləmişəm deyə, oradakı vəziyyəti yaxşı bilirəm. Orada ağır hava şəraiti tez-tez olur. Bu cür fırtına və qasırğalı havada isə ümumiyyətlə neftçilər üçün çətin olur. Bu hadisədə təxribat olacağına o qədər də inanmıram. Çünki qaz vurulan quyuda belə dalğalı vəziyyətdə təxribat törətmək çətindir. Bu məsələ ilə bağlı dövlət komissiyası yaradılıb və nə baş verməsi ilə bağlı yekun rəy verəcəklər. Əsas məsələ odur ki, bizim insanlarımız məhv oldu getdi. Onlara Allahdan rəhmət və ailələrinə səbir diləyirəm. Məncə, bu, təbii fəlakətin yaratdığı bir faciədir. SOCAR-ın vitse-prezidentləri də çıxışlarında bu cür dedilər və qeyd etdilər ki, yeni texnikaların alınması zamanı onların belə dalğalara tab gətirməsi də nəzərə alınmalıdır. Qəza zamanı insanlar təlatümdə, həyəcan içərisində olublar. Bəlkə də platformada qalsaydılar, heç nə olmazdı. Amma bütün hallarda fəlakətli hadisədir", - deyə V.Əhmədov bildirib.

Deputat əlavə etdi ki, hadisə zamanı xəsarət alanlara və həlak olanların ailələrinə kompensasiyalar ödəniləcək. "Bununla bağlı dövlət bütün işləri görməlidir. Əmək və əhalinin sosial müdafiəsi naziri də açıqlamasında bu barədə məlumat verdi. Onlar faktiki olaraq iş başında təbii fəlakət nəticəsində həlak olublar və ailələrinə təzminat ödənməli, yardımlar olunmalıdır".  

Vahid Əhmədov bildirdi ki, qəzaya uğrayan əsas yataq olsa da, bunun ölkəyə vurduğu maddi ziyandan danışmaq istəmir. "İqtisadi itkilərin yerini hər zaman doldurmaq olar. Ancaq mənəvi məsələlər, insan itkisi heç nə ilə əvəzlənməyəcək. Bu gün bizi düşündürən əsas problem budur".

Vahid Əhmədov vurğulayıb ki, bundan sonra belə problemli hadisələr baş verən zaman insan itkisinə yol verməmək, yaxud faciənin miqyasının bu qədər böyük olmaması üçün daha müasir və oradakı təbii şəraitə cavab verən texnikaların alınması vacibdir. "İndi 21-ci əsrdir, daha müasir texnikalar sifariş etmək lazımdır ki, hətta 10-15 metr dalğaya da tab gətirə bilsin", - deyə Vahid Əhmədov qeyd etdi.

Qeyd edək ki, dekabrın 4-də baş vermiş faciə zamanı platformada olan insanlardan 33 nəfəri təxliyyə olunub.  7 nəfərin meyidi tapılıb, 23 nəfər itkin düşən neftçinin isə axtarışları davam etdirilir. "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Axtarışlara helikopterlər və dalğıclar cəlb edilib. Həmçinin, Türkmənistan və İranın müvafiq qurumları, eləcə də dənizdə üzən gəmilər itkin düşənlər barədə məlumatlandırılıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda gənc oğlan damarlarını kəsib

22 İyul 2017 08:52

Sinayda 30 yaraqlını məhv edilib

22 İyul 2017 08:52

Paytaxtda piyada keçidinə məhəl qoymayan qadını maşın vurub

22 İyul 2017 08:47

Yasamalda 91 yaşlı kişi həyat yoldaşını döyüb

22 İyul 2017 08:42

Tramp İranı xəbərdar edib

22 İyul 2017 08:42

Bakıda ana gənc qızını bıçaqlayıb

22 İyul 2017 08:37

Ali məhkəmənin sədri ilk dəfə qadın olacaq

22 İyul 2017 08:33

Tuqay meşəsində qanunsuz silah aşkarlanıb

22 İyul 2017 08:32

Salyanda minik və yük maşınlarının toqquşması nəticəsində 1 nəfər ölüb

22 İyul 2017 08:32

Polşada kütləvi etiraz aksiyaları keçirilir

22 İyul 2017 08:32

İŞİD lideri Əl-Bağdadi sağdır

22 İyul 2017 08:27

Almaniya Türkiyə ilə hərbi əməkdaşlığı adi rejimdə davam etdirir

22 İyul 2017 08:22

Çexiyanın Azərbaycanla əməkdaşlıq niyyəti yeni layihələrdə - Səfirlə MÜSAHİBƏ

22 İyul 2017 08:22

Fələstinli 2 israillini öldürüb

22 İyul 2017 08:22

Lüks otellərə çevrilən 16 həbsxana - FOTOLAR

22 İyul 2017 08:18

KXDR nüvə dövlətləri klubunun astanasındadır

22 İyul 2017 08:12

Xəzərdə zəlzələ baş verib

22 İyul 2017 08:12

Hüseyn Cavid prospekti ilə əks istiqamətdə gedən maşın qəza törədib - FOTO

22 İyul 2017 08:12

Ağ Evin yeni mətbuat katibi məlum olub

22 İyul 2017 08:05

Cəlilabadda ev əşyaları ilə birgə yandı

22 İyul 2017 07:53

Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunur

22 İyul 2017 07:37

Şəhər kənarında maraqlı malikanə - FOTO

22 İyul 2017 07:32

Bu gün I və IV qruplar üzrə qəbul imtahanı keçiriləcək

22 İyul 2017 07:32

"Brent" markalı neftin qiyməti düşdü

22 İyul 2017 07:23

Yevlaxda qarpız daşıyan yük maşını aşaraq yolu kəsib

22 İyul 2017 07:07

Ağ Evin yeni departament rəhbəri Trampdan üzr istədi

22 İyul 2017 07:04

Bakıda kişi özünü şadlıq sarayının qarşısında bıçaqlayıb

22 İyul 2017 06:52

Qətər əmiri böhranı şərh etdi - ilk dəfə

22 İyul 2017 06:39

Pentaqon rəhbəri: "İŞİD lideri Əl-Bağdadi sağdır"

22 İyul 2017 06:37

Mədəndəki metal şəhər - FOTO

22 İyul 2017 06:32

Bakıda minik avtomobili yandı

22 İyul 2017 06:28

Hüseyn Cavid prospekti ilə əks istiqamətdə gedən maşın qəza törədib

22 İyul 2017 05:57

Hər əşya lampa ola bilər - FOTO

22 İyul 2017 05:32

Polşada kütləvi etiraz aksiyası

22 İyul 2017 05:28

Los-Ancelesdə vertolyot küçədə sərt eniş edib, 4 nəfər yaralanıb

22 İyul 2017 05:02

Şəkillərdəki hisslər və emosiyalar - FOTO

22 İyul 2017 04:32

Facebooka görə ərindən boşandı

22 İyul 2017 04:14

"Brent" markalı neftin qiyməti təxminən 3% düşüb

22 İyul 2017 04:02

İordan çayının qərb sahilində insident:

22 İyul 2017 03:44

Çoxmərətəbli yaşayış evinin gözəlliyi - FOTO

22 İyul 2017 03:32

Gəncədə ana və övladını maşın vurdu

22 İyul 2017 03:19

Paytaxtda "Chery" yandı

22 İyul 2017 03:09

45 yaşlı qadının öd kisəsindən 200 daş çıxdı - FOTOLAR

22 İyul 2017 02:38

50 yaşlı kişinin üstünə qaynar su töküldü - Göygöldə

22 İyul 2017 02:34

Gənc fotoqrafın işləri - FOTO

22 İyul 2017 02:32

Məşhur müğənni dəfn edildi -

22 İyul 2017 02:29

Tramp amerikalıların "qanunsuz" saxlanılmasının nəticələri barədə İranı xəbərdar edib

22 İyul 2017 02:17

Yol polisi toy karvanlarına nəzarəti gücləndirdi -

22 İyul 2017 01:58

Bakıda 3 otaqlı ev yandı

22 İyul 2017 01:54

Füzulidə 100 hektar taxıl sahəsi yandı

22 İyul 2017 01:49