Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Rusiya Dövlət Duması Türkiyə parlamenti ilə əməkdaşlığı dayandırıb

Date: 8 December 2015 10:32

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Duma sədrinin müavini, "Ədalətli Rusiya" ("Spravedlivaya Rossiya") Partiyasının sədri Nikolay Leviçev bildirib.
O qeyd edib ki, Rusiya və Türkiyə parlamentariləri arasında əməkdaşlıq rəsmi səviyyədə kəsilib: "Çünki Türkiyə parlamenti hakimiyyətin orqanıdır. Ancaq "Ədalətli Rusiya" ilə Türkiyənin siyasi qüvvələri arasında təmaslar qalmaqdadır. Türkiyə parlamenti xalq tərəfindən seçildiyi üçün biz türkləri düşmən saymırıq. Prezident Vladimir Putin Federal Şuraya müraciətində demişdi ki, biz onları rəsmi Ankaraya bərabər tutmuruq". 

Tags:  Rusiya Dövlət Duması Türkiyə parlamenti əməkdaşlığı dayandırıb

RƏYLƏR


Top news