Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Radik İsayev Rioya vəsiqə qazandı (FOTO)

Radik İsayev Rioya vəsiqə qazandı (FOTO)

Azerbaijan name squad for World Taekwondo Grand Prix Final (06 December 2016 18:46)
Azerbaijan’s Isayev tops taekwondo Olympic ranking (06 December 2016 17:46)

Date: 8 December 2015 10:36

Milli komandamızın lideri, Radik İsayev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

ANS PRESS-in məlumatına görə, kişilərdən ibarət yığma komandanın üzvü, Dünya və Avropa çempionatının, eləcə də 1-ci Avropa Oyunlarının qızıl mükafatçısı Radik İsayev (+80 kq) lisenziyanı, Qran-pri turnirində yığdığı reytinq xalı sayəsində təmin edib.

Meksikanın paytaxtı Mexikoda yekunlaşan taekvondo üzrə Qran-pri turnirinin final mərhələsində mübarizə aparan idmançımız 1/4 finalda məğlub olsa da, ümumi sıralamada üçüncü pillədə qərarlaşıb. Bununla da təmsilçimizin “Rio-2016”da iştirakını təmin edib.Mexikodakı turnirdə hər çəki dərəcəsində 8 ən güclü idmançı iştirak edib. Bu, taekvondo idman növü üzrə “Rio-2016”ya ölkəmizin ilk lisenziyasıdır. Xatırladaq ki, Radik İsayev dekabrın 8-9-da taekvondo üzrə dünya kubokuna da qatılacaq.


Radik İsayev - taekvondoçu

Tags:  Radik İsayev Rioya vəsiqə qazandı FOTO


RƏYLƏR


Top news