Azərbaycanda məktəb icmalarının sosial şəbəkəsi yaradılıb

Azərbaycanda məktəb icmalarının sosial şəbəkəsi yaradılıb
10:36 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanda məktəb icmalarının sosial şəbəkəsi yaradılıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Bakı şəhərində keçirilən məktəb icmalarının yaradılması üzrə pilot layihənin təqdimatında məlumat verilib.
 
 
Tədbirdə qeyd edilib ki, sözügedən icma üzvləri “www.community.az” saytı vasitəsilə virtual ünsiyyət yarada, təcrübələrini bölüşə bilərlər. Sözügedən saytın istifadədə olduğu qeyd edilərək vurğulanıb ki, hər bir icma üzvü bu sosial şəbəkə vasitəsi ilə əlaqələrini genişləndirib məktəbdə görülən işləri təbliğ edə və həyata keçirilən layihələr haqqında ətraflı məlumat verə bilər.
 
 
Təqdimatda bildirilib ki, şagird, valideyn və müəllimlərin birliyindən ibarət olan məktəb icmaları məktəb həyatını birlikdə daha yaxşı etmək üçün yaradılıb.
 
 “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb icmasına şagirdlər, valideynlər və sinif rəhbərləri daxildir. Məktəb icmasına icma sədri və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir.
 
 
Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində 54 məktəbin hər birinin 3 sinfində sinif və məktəb icmalarının yaradılmasına dəstək göstərilib.
 
 
 
SEYMUR


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40190-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR