Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əməkdar artist həyat yoldaşından danışıb ağladı - video

Əməkdar artist həyat yoldaşından danışıb ağladı -  video

Date: 8 December 2015 10:41

Əməkdar artist Gülüstan Əliyeva “Bizimləsən” verilişində dünyasını dəyişən həyat yoldaşından danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni göz yaşlarını saxlaya bilməyib:

“Onun haqqında danışmaq mənim üçün çox çətindir. Hər zaman özümü cilovlayıram ki, tamaşaçı qarşısında ağlamayın. 1991-ci il idi, yeni ailə qurmuşduq. Həyat yoldaşım evdə olmurdu, bütün günü döyüşdə, səngərdə idi. Gecə yatmışdıq, qəfildən oyandı ki, yataqda ilan var. Bütün otağı boşaltdıq, heç nə tapmadıq. Dedi ki, “Deyəsən, əzrayıl məni axtarır”. Həmin vaxtlarda elə bilirdim ki, evdə arxamca kimsə gəzir. Onu yarıçılpaq kişi kimi görürdüm. Bir gün bunu qayınanama danışdım. Dedi ki, sənin qaraçuxandır. Ölümü həyat yoldaşıma agah olmuşdu. Bir müddətdən sonra dünyasını dəyişdi. İndi də o qaraçuxanı yanımda hiss edirəm”.




Tags:  Əməkdar artist həyat yoldaşından danışıb ağladı video

RƏYLƏR


Top news