Naxçıvanda 523 daşınmaz əmlak obyekti qeydiyyata alınıb

10:42 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"un məlumatına görə, noyabr ayında Naxçıvanda ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yaranan 68 yeni daşınmaz əmlak obyektinə ünvanlar verilib və ünvan xəritələrində qeydiyyatı aparılıb.
Babək qəsəbəsinin yeni ünvan xəritəsinin layihəsi hazırlanıb.
Komitənin və Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə Kəngərli rayonunun dövlət ehtiyat fondu torpaqlarında 996 hektar, qış otlaq sahələrində isə 1030 hektar olmaqla, cəmi 2026 hektar əkinə yararlı torpaq sahəsində müvafiq ölçü işləri aparılıb və xəritələşdirilib. Həmçinin Şərur rayonunun dövlət ehtiyat fondu və qış otlaq sahələrində olan əkinəyararlı torpaq sahələri kameral şəraitdə müəyyənləşdirilib, həmin sahələrin əkin dövriyyəsinə cəlb olunması məqsədilə çöl-tədqiqat işlərinin aparılmasına başlanılıb.
Babək qəsəbəsinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanıb və torpaqların növləri üzrə uçotu aparılaraq komitənin məlumat bazasına daxil edilib.
Babək rayonunun Sirab kəndində həyətyanı torpaq sahələrinin plana alınması yekunlaşdırılıb, rayonun Qahab kəndində həyətyanı torpaq sahələrinin planaalma işlərinə başlanılıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/naxcivanda-523-dasinmaz-emlak-obyekti-qeydiyyata-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR