Azərbaycanda daha iki məmur işdən çıxarıldı

Azərbaycanda daha iki məmur işdən çıxarıldı
10:51 8 Dekabr 2015
89 Digər
Ölkə mətbuatı
A- A+

Mədəniyyət və Turizm Nazirliyində struktur bölmələrin iştirakı ilə kollegiya iclası keçirilib. İclas mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə baş tutub.

İmişli, Zərdab və Qax rayon mədəniyyət və turizm şöbələrinin və onların tabeliyində olan müəssisələrin fəaliyyəti ilə bağlı nazirliyin riş sektorunun müdiri Pərviz İsgəndərlinin məruzəsi dinlənilib.

İmişli və Zərdab mədəniyyət və turizm şöbələrinin şəbəkəsinə daxil olan müəssisələrin fəaliyyətində aşkar edilən nöqsanlar barədə məlumatı diqqətə çatdırılıb.

Şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirovun vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.

Həmçinin qərara alınıb ki, 65 yaşının tamam olmasına görə, müvafiq qanunvericiliyin tələbi nəzərə alınaraq, Zərdab Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Eldəniz Abdullayevlə bağlanan əmək müqaviləsinə 1 yanvar 2016-cı il tarixdə xitam verilib.




Ötən gün də Azərbaycan Xalça Muzeyində qanun pozuntuları barədə məlumat Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən araşdırılıb.

Araşdırmaların nəticəsi olaraq, Mədəniyyət və Turizm Nazirliyinin 27 noyabr əmri ilə Muzeyin fəaliyyətində yol verdiyi nöqsanlara, kollektivdə normal iş ahənginin pozulmasına şərait yaratdığına, rəhbərlik etdiyi muzeydə əmək və icra intizamına ciddi əməl olunmasını təmin etmədiyinə görə Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Öz vəzifəsinə məsuliyyətsiz münasibət göstərdiyinə, maliyyə vəsaitlərinin xərclənməsində sənədləşməni qanunvericiliyə uyğun aparmadığına görə Azərbaycan Xalça Muzeyinin baş mühasibi Gülnaz Rüstəmova tutduğu vəzifədən azad edilib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366728

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR