Aktual mövzular: Dollar alış-satışı , 20 Yanvar, Məzənnə, Hava haqqında, Neftin qiyməti

Yaponiyanın iki əsas müxalifət partiyası parlamentdə yeni fraksiya yaradıb

Yaponiyanın iki əsas müxalifət partiyası parlamentdə yeni fraksiya yaradıb

Date: 8 December 2015 10:53


Tokio, 8 dekabr, AZƏRTAC.
Yaponiya Demokratik Partiyası (YDP) və Yaponiya İnnovasiyalar Partiyası (YİP) yeni parlament fraksiyası yaradıb. Bununla əlaqədar müvafiq qərar partiyaların liderləri Katsuya Okada və Yorihisu Matsunonun qatıldıqları iclasda qəbul edilib.
Görüşün nəticələrini şərh edən K.Okada deyib: “Bizim partiyaların siyasəti çox zaman üst-üstə düşür. Buna görə də birgə fraksiyanın yaradılması parlament fəaliyyətimizdə mühüm əhəmiyyət kəsb edəcək”.
Dekabrın sonunadək fraksiyanın yaradılması prosesi başa çatdırırlacaq. Bu iki əsas müxalifət partiyasının qüvvələrini birləşdirməsi gələn ilin yayına planlaşdırılan parlament seçkilərində daha böyük uğur qazanmağa ümid edir.
Sosial sorğuların nəticələrinə görə, yaponların yalnız 8,4 faizi DYP-ni, 0,5 faizi isə YİP-i dəstəkləyir. Belə aşağı nəticələr müxalifətin ümumi zəifliyi ilə izah edilir. Məhz buna görədir ki, sentyabrda hakim Liberal Demokratik Partiya (LDP) və onun koalisiya tərəfdaşı Yeni Komey Partiyası özünümüdafiə qüvvələrinin səalhiyyətlərinin genişləndirilməsi barədə qanunun qəbuluna nail ola biliblər.
Ötən ilin dekabrında keçirilmiş növbədənkənar ümumi seçkilər zamanı hakim koalisiya parlamentin aşağı palatasındakı 475 yerdən 325-ə yiyələnmişdi. Həmin vaxt YDP 73, YİP-i isə cəmi 40 yer əldə edə bilmişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Tags:  Yaponiyanın iki əsas müxalifət partiyası parlamentdə yeni fraksiya yaradıb


RƏYLƏR


Top news