Saxalində nakotik satışı ilə məşğul olan azərbacanlılar tutuldular

Saxalində nakotik satışı ilə məşğul olan azərbacanlılar tutuldular
10:57 8 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Yujno-Saxalinsk şəhərində narkotik vasitələrin tədarükü və satışı ilə məşğul olan azərbaycanlılar saxlanılıblar.

APA-nın Saxalin Vilayəti üzrə Narkotik Vasitələrin Dövriyyəsinə Nəzarət İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şübhəli şəxslərdən biri Saxalin vilayətindəki bir neçə şəxslə narkotik alveri barədə danışıqlara girib və Saxalin adasına həşiş gətirib. Operativ-axtarış tədbirləri nəticəsində razılaşmanın üstü açılıb. Adaya gələn azərbaycanlı və onun tərəfdaşı saxlanılıblar. Üzərlərindən 30 q, meşə massivində gizli ərazidən isə təqribən 800 q narkotik vasitə aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, onlar barəsində həbs - qəti imkan tədbiri seçilib. Təqsirləndirilən şəxsləri 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388522.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR