Daha bir azərbaycanlı "O səs Türkiyə"ni heyran etdi (VİDEO)

Daha bir azərbaycanlı "O səs Türkiyə"ni heyran etdi (VİDEO)
11:01 8 Dekabr 2015
104 Şou
Ölkə mətbuatı
A- A+

“O Səs Türkiyə” müsabiqəsinə daha bir azərbaycanlı qatılıb.

ANS PRESS-in məlumatına görə, həmyerlimiz Ravi Əkbər Rusiyanın Sankt Peterburq şəhərindən müsabiqəyə qatılıb. O, Tofiq Quliyevin “Sənə də qalmaz" mahnısını ifa edib.

15 ildir müğənnilik fəaliyyəti ilə məşğul olan Ravi münsiflər heyətindən Ebru Gündeş ilə Murad Bozu döndərməyi bacarıb.

Murad Boz Ravinin boğazlarına heyrət olduğunu deyib. O, ifaçı kimi oxumaq istəsə də bu müğənnidə alınmayıb.
Ravi Əkbər sonda Murad Bozun komandasına qatılıb.


Ravi Əkbərin "O Səs Türkiyə"də ki çıxışı

Ötən gün müsabiqəyə daha bir azərbaycanlı iştirakçı səsi ilə hamını heyran edə bilmişdi. Leyla Rəhimova adlı həmyerlimiz Selami Şahinin “Özlədim” mahnısını ifa edib.

Leyla Rəhimovanın "O Səs Türkiyə"də ki çıxışı

Leyla Ravi kimi Murad Bozun komandasına qatılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366722

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR