Uşaqlarınıza bu xəbəri oxumayın

Uşaqlarınıza bu xəbəri oxumayın
11:05 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Ohayo Universitetinin tədqiqatçıları 20 il 6-11 yaşlı uşaqları müşahidə edərək onların kompüter və televizora nə qədər vaxt sərf etməsini araşdırıblar. Nəticədə, kompüter və televizorun gözlərin zəifləməsinə təsir etmədiyi müəyyən olunub.

Milli.Az ictnews.az-a istinadən xəbər verir ki, alimlər ümumilikdə 5 min uşağı tədqiq ediblər. Müəyyən edilib ki, hətta köhnə modellər belə gözü korlamır. Həmçinin ekranadək olan məsafə uzağı görməməyin inkişafına təsir göstərmir.

Alimlərin fikrincə, uzağı görməməyin başlıca səbəbi gözün böyüməsi ilə əlaqədar göz büllurunun əyriliyinin pozulmasıdır. Bunun üçün ən yaxşı profilaktika isə təmiz havada gəzintidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/388505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR