Dalay Lamadan ŞOK İŞİD açıqlaması

Dalay Lamadan ŞOK İŞİD açıqlaması
11:09 8 Dekabr 2015
48 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin Tibet muxtariyyətinin mühacirətdə yaşayan lideri Dalay Lama sensasion açıqlama verib. Lent.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, İtaliyanın qəzetlərindən birinə müsahibə verən filosof İŞİD-lə dialoqun qurulmasının vacibliyindən danışıb.

 

Bəzi müsəlmanların sülh dini olan islama böyük zərbə vurduğunu deyən Dalay Lama İŞİD-lə dialoqun yaradılmasının müsbət nəticələr verəcəyinə inandığını ifadə edib.

 

Jurnalistin “Bəs, İŞİD-lə necə dost olmaq mümkündür?” sualına ruhani filosof belə cavab verib: “Dialoqla. Dinləmək, anlamaq, digərinə hörmət etməklə. Bunun başqa bir yolu yoxdur”.

 

Qəzetin müxbirinin Tibet liderinə növbəti sualı da maraqlı olub: “Amma İŞİD insanların başını kəsir. Başınız yoxdursa, deməli qulaqlarınız da yoxdur və dinləyə bilməyəcəksiniz. Onda necə?”

 

Dalay Lamanın cavabı isə belə olub: “Onda qəlbinizlə dinləməlisiniz. Mərhəmətli olmalısınız. Təhsil verməlisiniz. Məsələn, Almaniya mühacirləri qəbul edərək onları himayəyə götürür. Yedirdib-geydirir. İndi isə onlara təhsil verməyin vaxtıdır”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224352

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR