Britaniyanın Kambriya vilayətində "Desmond" qasırğası sakitləşmək bilmir. Güclü külək, leysan yağışları, sel və daşqınlar on minlərlə insanın evlərindən təxliyyə edilməsi ilə nəticələnib.
Fəqət, 31 yaşlı Ceymi Treynor və 29 yaşlı Hayli Kuns təbii fəlakətə rəğmən, toylarını təxirə salmayıblar.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kambriyadakı Uindermir şəhərindəki toyda bəylə gəlin uzunboğaz rezin çəkmələr geyinmişdilər.
37 yaşlı toy fotoqrafı Tiri Douson da bəylə gəlinin yaxşı fotolarını çəkmək üçün bəzən sinəsinədək suyun içinə girmək məcburiyyətində qalıb.
Qonaqlar isə toya traktorlarda və ciplərdə yollanmışdılar.
Milli.Az