"Günəşli" yatağında baş verən yanğında itkin düşənlərin axtarışı hələlik nəticə verməyib

"Günəşli" yatağında baş verən yanğında itkin düşənlərin axtarışı hələlik nəticə verməyib
11:13 8 Dekabr 2015
204 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva-Trend:

“Azneft” İstehsalat Birliyi "Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsində itkin düşənlərin axtarışı hələlik heç bir nəticə verməyib.

Trend-in məlumatına görə, bunu "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov "Günəşli" yatağının 10-cu özülündə baş verən hadisə ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

B.Ağarəhimov deyib ki, 26 nəfərin axtarışı üçün əlavə veryalyotlar cəlb edilib. Həmin şəxslərin 3-ünün axtarışı üçün "Neft daşları"nda, 23-ünün axtarışı üçün "Günəşli" ərazisində işlər aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2466655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR