Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Evlənib-boşanmaqla gündəmə gəlirlər" - fotolar

"Evlənib-boşanmaqla gündəmə gəlirlər" -  fotolar

Date: 8 December 2015 11:21

Uzun müddətdir gündəmdən uzaqlaşan müğənni Sevinc Musayeva tədbirlərin birində fotokameramıza tuş gəlib.

Axşam.az-a açıqlama verən sənətçi geri çəkilməyinin səbəbini açıqlayıb:

“Efirlərdə az-az görünmək mənim imicimdir. Buna görə də mən fərqləniəm. Uzun müddətdir ki, Bakıda deyildim, rayonlarda idim. Yaxşıca dincəldim, gəzdim. Başqaları kimi hara getdim, tez foto paylaşım, özümü reklam edim etmirəm. Mən 5 il də efirə çıxmasam, tamaşaçı məni unutmayacaq. Vay o müğənnilərin halına ki, pul ödəyib efirə çıxır. Pulu qurtaranda unudulur. Bilmirlər necə gündəmə gəlsinlər: evlənir, boşanır, saç formasın dəyişirlər. Mən insanları bu cür yalançı addımlarla yormaq istəmirəm”.

S.Musayeva hər zaman tamaşaçı ilə səmimi olduğunu deyib:

“Efirə çıxıb necə gəldi danışıb, özümü yalan formada qələmə vermək mənlik deyil. Avtomobilim kreditdir. 3 ildir ödəyirəm. Bunları niyə yalandan şişirdim ki...”.

Foto: Ramin ASLANOV






Tags:  Evlənib-boşanmaqla gündəmə gəlirlər fotolar

RƏYLƏR


Top news