"Günəşli" yatağındakı qəzada itkin düşənlərin axtarışı ilə bağlı son məlumatlar açıqlanıb

11:22 8 Dekabr 2015
254 Sosial
Ölkə mətbuatı
A- A+

O qeyd edib ki, səhər saatlarından helikopterlər axtarış işlərinə başlayıb. "Helikopterlərin işə cəlb olunması ümid verir ki, neftçilərin tapılması istiqamətində nəticə əldə olunacaq". Baş mühəndisin sözlərinə görə, FHN-nin 4 helikopteri və Sərhəd Mühafizə Xidmətinin iki helikopteri və 5 gəmisi cəlb olunub. 
"Neft daşları" yatağında itkin düşmüş 3 nəfərin axtarışı 3 istiqamətdə davam etdirilir. Axtarış Geofizika gəmisi, helikopter və dalğıclarla aparılır. O qeyd edib ki, yanğının söndürülməsi ilə əlaqədar işlər 24 saat davam edib. "Hazırda tərtibat meydançanın üzərinə yerləşdirilib, onun quraşdırılması həyata keçirilir. Yeni gəmi cəlb olunub. Saatda 1500-2000 kubmetr su vurma gücündə olan nasos quraşdırılacaq. Yanğın hazırda bir neçı qaz quyusunda davam edir".

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gunesli-yatagindaki-qezada-itkin-dusenlerin-axtarisi-ile-bagli-son-melumatlar-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR