Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Naxçıvan xanlığının bayrağının mulyajı Tarixi Muzeyinə hədiyyə edilib

Naxçıvan xanlığının bayrağının mulyajı Tarixi Muzeyinə hədiyyə edilib

Date: 8 December 2015 11:22

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən Naxçıvan xanlığının dövlət bayrağının mulyajı hədiyyə edilib. 
AMEA-dan "Report"a verilən xəbərə görə, mulyaj Rusiyanın Sankt-Peterburq şəhərindəki Artilleriya, Raket qoşunları və Rabitə qoşunları Hərbi-Tarixi Muzeyində qorunan Naxçıvan xanlığının dövlət bayrağının tam oxşarı olaraq hazırlanıb.
Qeyd edək ki, Rusiya muzeylərində Naxçıvan xanlığına aid bayraqları ilk dəfə Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov aşkar edib.


Tags:  Naxçıvan xanlığının bayrağının mulyajı Tarixi Muzeyinə hədiyyə edilib


RƏYLƏR


Top news