"Deyəsən, Əzrayıl məni axtarır"

"Deyəsən, Əzrayıl məni axtarır"
11:27 8 Dekabr 2015
89 Digər
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Gülüstan Əliyeva "Bizimləsən" verilişində dünyasını dəyişən həyat yoldaşından danışıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni göz yaşlarını saxlaya bilməyib:

"Onun haqqında danışmaq mənim üçün çox çətindir. Hər zaman özümü cilovlayıram ki, tamaşaçı qarşısında ağlamayım. 1991-ci il idi, yeni ailə qurmuşduq. Həyat yoldaşım evdə olmurdu, bütün günü döyüşdə, səngərdə idi. Gecə yatmışdıq, qəfildən oyandı ki, yataqda ilan var. Bütün otağı boşaltdıq, heç nə tapmadıq. Dedi ki, "Deyəsən, Əzrayıl məni axtarır". Həmin vaxtlarda elə bilirdim ki, evdə arxamca kimsə gəzir. Onu yarıçılpaq kişi kimi görürdüm. Bir gün bunu qaynanama danışdım. Dedi ki, sənin qaraçuxandır. Ölümü həyat yoldaşıma agah olmuşdu. Bir müddətdən sonra dünyasını dəyişdi. İndi də o qaraçuxanı yanımda hiss edirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/388518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR