Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR: 26 nəfər itkin düşmüş işçinin axtarışları bütün gecə davam edib

SOCAR: 26 nəfər itkin düşmüş işçinin axtarışları bütün gecə davam edib

Date: 8 December 2015 11:28


Bakı, 8 dekabr, Nihad Budaqov, AZƏRTAC
“Neft daşları” və “Günəşli” sahəsində 26 nəfər itkin düşmüş işçinin axtarışları bütün gecə davam edib.
“Günəşli” sahəsində axtarışlara Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 5 gəmisi ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin əlavə 4 helikopteri də cəlb olunub.
"Neft daşları"nda itkin düşən 3 işçinin axtarışları isə 3 istiqamətdə - helikopterlər, gəmilər və 2 dalğıc qrupu vasitəsilə həyata keçirilir. Bundan başqa xüsusi avadanlıqlarla təchiz olunan "Elgiz" gəmisi ilə suyun altında axtarışlar aparılıb. Bütün bunlara baxmayaraq axtarışlar hələ ki nəticə verməyib.
Platformadakı yanğının söndürülməsi istiqamətində işlər 24 saat davam etdirilir. Artıq meydançada tərtibat qurulub və bu günün sonuna kimi işlər yekunlaşacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 8-də saat 11-də keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.

Tags:  SOCAR 26 nəfər itkin düşmüş işçinin axtarışları bütün gecə davam edib



RƏYLƏR


Top news